Bu, beynəlxalq qrant layihəsi çərçivəsində quraşdırılan sayca üçüncü yeni seysmik stansiyadır
Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı rayonunun Zərnava kəndində daha bir seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.
Mərkəzin İnformasiya Şöbəsindən AYNA-ya verilən məlumata görə, bu, beynəlxalq qrant layihəsi çərçivəsində respublika ərazisində quraşdırılan sayca üçüncü yeni seysmik stansiyadır.
Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Həmin stansiyaların on ikisi palçıq vulkanlarının ətrafında quraşdırılacaq.