İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

Xəbərlər

19.11.2022 - 20:57

cedabet dərman SEO Xidməti

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb. AYNA xəbər verir ki, Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş