İsmayıllıda ağır yol qəzası olub, xəsarət alanlar var

Hadisə

10.09.2024 - 21:18

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır

İsmayıllı rayonunda baş verən ağır yol qəzasında yeddi nəfər xəsarət alıb. AYNA-nın ”Report”a istinadən məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm yolunun Aşıq Bayram gölünün yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Range Rover” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində maşınlarda olan yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş