“Artıq problem aradan qaldırılıb, işıqforların fəaliyyəti bərpa edilib"
Səhər saatlarından paytaxtın Şəmsi Bədəlbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin, eləcə də Mirzəağa Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işləməyən işıqforlar artıq bərpa edilib.
AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, ərazi üzrə elektrik verilişində yaranmış qısa fasilə səbəbindən küçələrin kəsişməsində quraşdırılan işıqforlar işləmirdi: “Artıq problem aradan qaldırılıb, işıqforların fəaliyyəti bərpa edilib".