İrlandiya Prezidenti parlamenti buraxıb

Dünya

08.11.2024 - 19:18

Həkimlər Klinikalar SEO Xidməti

İrlandiya Prezidenti Maykl Hiqqins parlamentin buraxılması haqqında sərəncam imzalayıb

AYNA xəbər verir ki, İrlandiya Prezidenti Baş nazir Saymon Harrisin parlamenti buraxmaq və noyabrın 29-na ümumi seçki təyin etmək tövsiyəsi ilə razılaşıb.

Bundan əvvəl Harris Dublində hökumət binaları qarşısındakı meydanda ölkə konstitusiyasının ona verdiyi hüquqa uyğun olaraq növbədənkənar seçkilər keçirmək niyyəti ilə bağlı rəsmi açıqlama verib.

Bundan sonra o, dövlət başçısından rəsmi razılıq almaq üçün Hiqqinsin iqamətgahına gedib.

Müəllif: Ayna.az