İrəvanda itaətsizlik aksiyaları başladı

Dünya

22.09.2023 - 11:06

Polis qüvvələri Respublika meydanına yerləşdirilib

Ermənistanın paytaxtı İrəvanda vətəndaş itaətsizliyi aksiyaları Myasnikyan prospektinin bağlanması ilə başlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, etirazçıların əksəriyyəti Baş nazir Nikol Paşinyanın istefasını tələb edən tələbələrdir.

Prospektə çoxlu “qırmızı beret” gəlib və bir neçə iştirakçını nəzarətə götürüb. Bundan sonra prospekt açılıb.

Aksiya başlamazdan əvvəl İrəvanın Respublika meydanına çoxlu polis qüvvələri gətirilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hökumət binasının qarşısında canlı divar hörüblər.

Qeyd edək ki, artıq üç gündür ki, İrəvanda müxalifət Paşinyanın istefası tələbi ilə mitinqlər keçirir.

Müəllif: Ayna.az