Paytaxtın mərkəzi küçələrində yürüş keçirən etirazçılar Paşinyanın istefasını tələb edirlər
İrəvanın mərkəzində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. AYNA erməni mediasına istinadən bildirir ki, etirazçılar aclıq aksiyasına başladıqlarını bəyan ediblər.
İrəvanın mərkəzi küçələrində yürüş keçirən etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Qeyd edək ki, keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri 30 nəfəri saxlayıb.