"Cənab Baş nazir, sizi seçən xalqı qəbul edib dinləməyə borclusunuz”
Aprelin 25-də kiçik və orta biznes nümayəndələri növbəti dəfə Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, onlar dövriyyə vergisinin 5 faizdən 10 faizə qaldırılmasına etiraz edir və bu qərarın dayandırılmasını tələb edirlər.
"Cənab Baş nazir, sizi seçən xalqı qəbul edib dinləməyə borclusunuz. Biz ölkədə yoxsulluq həddini aşağı salırıq, onlar da artırmaq istəyirlər ki, bu da quldurluğa gətirib çıxaracaq. Bilmirəm, başımıza nə gələcək. Hökumət başçısı bizə aydın cavab versin", - aksiya iştirakçılarından biri deyib.
Xatırladaq ki, yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, malların alınması üçün sənəd təqdim etməyən sahibkarlıq subyektlərinin nümayəndələri üçün dövriyyə vergisi iki dəfə - 5 faizdən 10 faizə, sənəd təqdim edənlər üçün isə 1,5 faizə qədər artırılıb.