Baş katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərilib
İraq İsrailin İrana zərbə endirmək üçün ölkənin hava məkanından istifadə etməsi ilə bağlı BMT-yə şikayət edib. AYNA xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Ölkə hökuməti qeyd edib ki, İraq öz hava məkanından və ya ərazisindən başqa ölkələrə hücum etmək üçün istifadə edilməsinə icazə vermir.
Baş katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərilib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 1-də raket hücumuna cavab olaraq oktyabrın 26-da İrana zərbə endirib. İsraildən gözlənilən cavab tədbirinə hazırlaşan İran hakimiyyəti silahlı qüvvələrə müharibəyə hazır olmağı əmr edib.