İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Xəbərlər

23.01.2025 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Sərhədçilər ölkə ərazisinə 80 kiloqramdan artıq uyuşdurucu maddələrin keçirilməsinin qarşısını alıblar

Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 20-də saat 20:01-də DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş