İranda maşında tək qalan uşaq istidən ölüb

Dünya

04.08.2023 - 01:45

cedabet dərman SEO Xidməti

Bəzi şəhərlərdə temperatur 51 dərəcədən yuxarı olub

İranda maşında tək qalan uşaq istidən ölüb. AYNA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Xuzistanda təxminən iki saat maşında tək qalan uşaq istidən ölüb. Bundan əlavə, 27 nəfər günvurma ilə əlaqədar tibb məntəqələrinə müraciət edib.

İranın Abadan və Omidiye şəhərlərində 51 dərəcədən yuxarı temperatur qeydə alınıb.

Qeyd edək ki, İranda istilərlə bağlı bu həftənin iki günü tətil elan edilib. Səhiyyə naziri gələn həftə istilərə görə tətil elan edilməsi ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bununla bağlı təklifi hökumətə təqdim edəcək: “Gələn həftə üçün hələ qərar verilməyib. Son qərarı hökümət verəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş