İran Tehran üzərində hava məkanını bağlayıb

Dünya

14.04.2024 - 00:47

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlara qadağa səlahiyyətlilərə əlavə xəbərdarlıq edilənədək tətbiq olunub.

Müəllif: Ayna.az