İran qırıcı təyyarə istehsal etməyi planlaşdırır

Dünya

19.10.2026 - 17:48

"Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il səmaya qalxacaq"

İran 2027-ci ildə yerli istehsal olan ağır qırıcı təyyarəsinin uçuş sınaqlarını keçirməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə İslam Respublikasının yeni müdafiə naziri Mehrdad Əxlaqi Ketabçi İran Dövlət Radio və Televiziyasında deyib.

"Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il səmaya qalxacaq", - nazir bildirib.

Nazirin sözlərinə görə, təyyarənin 2026-cı ildə idarə olunması və yerüstü sınaqdan keçirilməsi planlaşdırılır.

Əxlaqi Ketabçi qırıcı təyyarənin tamamilə İranda istehsal olunduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 18-də İranın birpalatalı parlamenti (Məclis) Mehrdad Əxlaqi Ketabçinin ölkənin müdafiə naziri təyinatını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş