İran Prezidenti söz verdi: “SEPAH komandirinin qisası alınacaq"

Dünya

23.05.2022 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Rəisi: “Təhlükəsizlik qüvvələri ciddi araşdırma aparacaq”

İran hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qətlə yetirilən polkovniki Həsən Sayad Xodayarinin qisasını alacaq. AYNA xəbər verir ki, TASS bu barədə İran Prezidenti İbrahim Rəisiyə istinadən məlumat yayıb.

“Polkovnik Sayad Xodayarinin şəhadəti ilə bağlı başsağlığı verirəm. Təhlükəsizlik qüvvələri ciddi araşdırma aparacaq və şübhəsiz ki, biz bu qəhrəmana görə cinayətkarlardan qisas alacağıq”, – Rəisi söz verib.

Qeyd edək ki, SEPAH komandirlərindən olan Xudayari mayın 22-də qətlə yetirilib. O, Tehranda evinin qarşısında hücuma məruz qalıb. Motosikletli şəxslər beş dəfə atəş açaraq hadisə yerindən qaçıblar. SEPAH baş verənləri terror aktı adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş