"İranın ABŞ-ın yazılı təklifinə cavabı demək olar ki, hazırdır və yaxın günlərdə təqdim olunacaq"
İran ABŞ-ın Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək təklifinə yaxın günlərdə cavab verəcək.
AYNA.AZ “Tasnim” agentliyinə istinadən bildirir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi məlumat verib.
"İranın ABŞ-ın yazılı təklifinə cavabı demək olar ki, hazırdır və yaxın günlərdə təqdim olunacaq", - o qeyd edib.