“İnter” "Napoli"ə qalib gəlib

İdman

22.11.2021 - 06:24

Həkimlər Klinikalar SEO Xidməti

Milan təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb

Noyabrın 21-də futbol üzrə İtaliya A Seriyasında 13-cü turun mərkəzi qarşılaşması keçirilib.

AYNA xəbər verir ki, "İnter" klubu "San Siro" stadionunda turnir cədvəlinin lideri "Napoli" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xal ehtiyatını 28-ə çatdıran Milan təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Napoli" isə məğlub olmasına baxmayaraq 32 xalla eyni xala malik "Milan"la birinci və ikinci yerləri bölüşürlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş