İmişlidə xuliqanlıq hərəkətləri törədən şəxslər saxlanılıb

Xəbərlər

18.01.2025 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az