İlin sonuncu Ay tutulması başa çatıb

Xəbərlər

19.11.2021 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Ümumlikdə 2 saat 28 dəqiqə davam edən tutulmanın maksimumu saat 13:02:55-də olub

İlin sonuncu Ay tutulması başa çatıb. Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AYNA-ya verilən məlumata görə, bu təbiət hadisəsi zamanı ayın bir hissəsi yerin kölgə konusundan (Umbra) keçib ki, bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayıb, saat 14:47:04-də isə başa  çatıb.

Bildirilib ki, ümumlikdə 2 saat 28 dəqiqə davam edən tutulmanın maksimumu saat 13:02:55-də olub.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş