İlin sonunadək Şuşada DOST Agentliyi açılacaq

Xəbərlər

03.06.2022 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

"Həmçinin Bərdə şəhərində də regional ofisimiz açılacaq"

"Bu ilin sonuna qədər Şuşada DOST Agentliyinin filialını açmağı planlaşdırmışıq". AYNA xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Məmmədov qeyd edib ki, il sonuna doğru digər filialların da açılması nəzərdə tutulub: "Həmçinin Bərdə şəhərində də regional ofisimiz açılacaq. Bütün bunlar o deməkdir ki, ilin sonuna kimi bir neçə min könüllü iş baxımından təmin olunacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş