İlham Əliyevin Yens Stoltenberq ilə görüşü olub 

Xəbərlər

17.03.2024 - 22:45

Prezident ilə NATO-nun Baş katibi mətbuata bəyanatla çıxış ediblər

Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub.

AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Daha sonra Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

Prezidentin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü də olub.

İlham Əliyevin Yens Stoltenberq ilə görüşü olub  İlham Əliyevin Yens Stoltenberq ilə görüşü olub 
Müəllif: Ayna.az