İlham Əliyevdən rusiyalı deputatın Qarabağa qanunsuz səfərinə ETİRAZ

Xəbərlər

07.01.2022 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti Dmitri Medvedevə məktub göndərib

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

AYNA APA-ya istinadən xəbər verir ki, bu addım Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş