İlham Əliyev Vladimir Putini təbrik edib

Xəbərlər

18.03.2024 - 13:41

Azərbaycan Prezidenti Rusiya Prezidentinə zəng edib

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az