Azərbaycan Prezidentini Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar
Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana dövlət səfəri edib.
AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.