İlham Əliyev polşalı həmkarını təbrik edib

Xəbərlər

02.05.2022 - 15:37

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: "Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur"

Azərbaycan Prezidenti İlham Əliyev Polşanın milli bayramı – Konstitusiya Günü münasibətilə polşalı həmkarı Andjey Dudanı təbrik edib.

AYNA xəbər verir ki, təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsininb məmnunluq doğurduğu vurğulanır.

Təbrik məktubunda daha sonra deyilir: “Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir”.

Dövlətimizin başçısı inandığını bildirir ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərlə müvəffəqiyyətlə davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş