İlham Əliyev: "Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır"

Siyasət

10.03.2023 - 21:54

Prezident İlham Əliyev Kailaş Satyartini qəbul edib

"Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır".

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar.

Prezident İlham Əliyev ölkəmizin Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurğulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdırıb.

Müəllif: Ayna.az