Martın 14-nə gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda martın 14-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Gecə 6-8° isti, gündüz 11°-dək isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin martın 14-də gündüz bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimal edilir.