İkili diplom proqramına sənəd qəbulu başa çatır

Xəbərlər

15.03.2022 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Proqram üzrə tədris ingilis dilində aparılacaq və 2 il davam edəcək

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına sənəd qəbulu bu gün başa çatır.

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, ikili diplom proqramına qəbul 2022-2023-cü tədris ili üçün magistratura pilləsini əhatə edir. Proqram üzrə tədris ingilis dilində aparılacaq və 2 il davam edəcək.

Tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş