Xəstələr tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar
Ötən gün respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.