Husilər dörd gəmiyə hücum ediblər - İDDİA

Dünya

02.07.2024 - 12:37

Həkimlər Klinikalar SEO Xidməti

İngiltərə, İsrail və ABŞ ilə əlaqəsi olduğu güman edilən dörd gəmiyə hücum edilib

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İngiltərə, İsrail və ABŞ ilə əlaqəsi olduğu güman edilən dörd gəmiyə hücum ediblər. AYNA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi husilərə məxsus “Al Masirah” telekanalında bildirib.

Onun sözlərinə görə, “MSC Unific” konteyner gəmisi, maye kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan “Delonix” və “Lucky Sailor” tankerləri, həmçinin Böyük Britaniya donanmasına daxil olan “Anvil Point” yardımçı gəmisi hücuma məruz qalıb.

Müəllif: Ayna.az