“Hraparak”: Paşinyan Ermənistan-Rusiya münasibətlərini tərsinə çevirdi

Dünya

16.10.2026 - 14:56

Ermənistan-Rusiya münasibətləri konstruktiv mərhələyə qayıdır

Ermənistan-Rusiya münasibətləri konstruktiv mərhələyə qayıdır. AYNA.AZ xəbər verir ki, bu barədə erməni "Hraparak" qəzeti məlumat yayıb.

Məqalədə qeyd edilib: "Nikol Paşinyan bir sıra məsələlərdə təkcə "tərsinə çevrilməyib", həm də hökumət rəsmiləri Rusiya platformaları və strukturlarının işində fəal iştirak edirlər. Öyrəndik ki, dünən Ermənistan Parlamentinin üzvü Andranik Köçəryan MDB Parlamentlərarası Assambleyasının müdafiə üzrə daimi komitəsinin sədr müavini seçilib.

Diqqətçəkən haldır ki, o, əvvəlki çağırış parlamentdə müdafiə üzrə parlament daimi komitəsinə sədrlik edib; hazırda "Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyətinin qərarı ilə Vilen Qabrielyan ona rəhbərlik edir.

“Vətəndaş Müqaviləsi"nin nümayəndəsi Aleksey Sandykov da MDB Parlamentlərarası Assambleyasının daimi komitəsinin rəhbəri seçilib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş