Hondurasda iki avtobus toqquşub, ölənlər var

Dünya

28.02.2024 - 22:24

Qəza nəticəsində xəsarət alanların da olduğu bildirilir

Hondurasın qərbindəki San Xuan de Opoa bələdiyyəsində iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 16 nəfər ölüb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə EDN telekanalı məlumat yayıb.

Məlumata görə, daha bir neçə nəfər xəsarət alıb.

Polis yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır.

Müəllif: Ayna.az