Hollandiyalı deputat fransız səfirə Belçikanı bölməyi təklif edib

Dünya

25.04.2025 - 08:22

Həkimlər Klinikalar SEO Xidməti

Bosma bu ideyanı Fransa səfiri ilə bir qrup parlamentarinin şam yeməyində səsləndirib

Hollandiya Parlamentinin spikeri və son parlament seçkilərində qalib gələn Azadlıq Partiyasının üzvü Martin Bosma Belçikanın Hollandiya və Fransa arasında bölünməsi ideyasını səsləndirib.

AYNA.AZ “Kommersant.ru”ya istinadən xəbər verir ki, jurnalist Petra de Koninqin sözlərinə görə, Bosma bunu fevralın əvvəlində Fransa səfiri ilə bir qrup parlamentarinin şam yeməyində deyib.

Hollandiyanın NRC nəşri üçün köşə yazısında Petra de Koninq yazıb: "Parlament üzvləri və onların dediyinə görə, səfir Martin Bosmanın dediyini eşidəndə məəttəl qaldı”.

Jurnalist parlament üzvlərinə istinadən yazıb ki, parlamentar belə bir ssenaridə Valloniyanın Fransaya verilə biləcəyini də söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş