Hindistanda yüksək hava temperaturu ölümlərə səbəb olub

Dünya

04.05.2022 - 01:39

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi yerlərdə temperatur təhlükəli dərəcədə yüksək olub

Hindistanın Maharaştra əyalətində havanın temperaturu son 6 ilin ən yüksək səviyyəsinə çatıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, istilər nəticəsində 25 nəfər həyatını itirib.

Səhiyyə Nazirliyi bildirir ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 isti vurma hadisəsi qeydə alınıb.

Son həftələr yarımadanın bir çox yerlərində, xüsusilə Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək olub.

Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb.

Ölkənin bir çox bölgəsində havanın temperaturunun 45 dərəcəni keçdiyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş