Hindistanda iki qatar toqquşub, 70 nəfər ölüb, 350-dən çox insan yaralanıb

Dünya

02.06.2023 - 22:52

Hindistanda ağır yol qəzası baş verib

Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. AYNA xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Sərnişin qatarının 8 vaqonunun relsdən çıxdığı toqquşma nəticəsində 70 nəfər ölüb. Qəza zamanı 350-dən çox insan yaralanıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Müəllif: Ayna.az