Yaralılardan 7 nəfərin vəziyyəti ağırdır
Hindistanın Maharaştra əyalətində sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində Narmada çayına düşüb.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb.
Avtobusda 55 sərnişinin olduğu bildirilib. Xilas edilən 15 nəfərdən 7-nin vəziyyətinin ağır olduğu qeyd olunub.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.