ABŞ-ın keçmiş dövlət katibi: “Ölkələr NATO-ya qoşulmağa məcbur edilmir”
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya Prezidenti Vladimir Putinə adı ilə müraciət edərək, NATO-nun genişlənməsini Rusiya siyasətinin nəticəsi adlandırıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” yazıb.
“Vladimir, təəssüf ki, bu, sənin günahındır”, - deyə o, əlavə edib.
Klinton qeyd edib ki, ölkələr NATO-ya qoşulmağa məcbur edilmir.
Qeyd edək ki, daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Vladimir Putin münaqişənin NATO-nu zəiflədəcəyinə ümid edərək Ukraynanın hərbi qüvvələrini lazımi səviyyədə qiymətləndirməyib, lakin əvəzində Alyans yeni üzvlər qəbul edir. O qeyd edib ki, bu, blokun bütün iştirakçılarının birliyindən xəbər verir.