Həyətində çətənə kolları yetişdirən şəxs saxlanılıb

Xəbərlər

01.07.2024 - 13:10

Həkimlər Klinikalar SEO Xidməti

Salyan polisi əməliyyat keçirib

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əli Yusifov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı marixuana, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə kultivasiya yolu ilə yetişdirilən çəkisi 35 kiloqram olan 70 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər