Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

Xəbərlər

23.01.2022 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə  qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş