Hərbi hissələrdə bayram mərasimləri qapalı keçirilir

Xəbərlər

16.06.2024 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Valideynlərlə görüşlər qadağan edilib

Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib: “Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”.

Müəllif: Ayna.az