Hərbi çağırışçıların möhlət hüququ ilə bağlı qanuna dəyişiklik edilib

Xəbərlər

13.05.2022 - 15:56

Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.  AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, doktorantura ilə yanaşı, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə təhsili davam etdirmək üçün möhlət veriləcək. 

Müəllif: Ayna.az