Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər

Xəbərlər

19.08.2022 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş