“Heqset mayın 12-də İsrailə gələcək və həmkarı İsrael Katz və Baş nazir Benyamin Netanyahu ilə görüşəcək”
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri öncəsi ABŞ müdafiə naziri Pit Heqset İsrailə səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” İsrail rəsmilərinə istinadən xəbər verib.
“Heqset mayın 12-də İsrailə gələcək və həmkarı İsrael Katz və Baş nazir Benyamin Netanyahu ilə görüşəcək”, - deyə məlumatda qeyd olunub.
Portal qeyd edir ki, səfər “ABŞ və İsrail hökumətlərinin İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı, həmçinin Qəzzada davam edən müharibə və ABŞ-ın Yəməndəki hərbi kampaniyası ilə bağlı fikir ayrılığı olduğu bir vaxtda” baş tutacaq.
İsraildəki danışıqlardan sonra mayın 13-dən 16-a kimi Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini bildirən Heqset Trampa qoşulmaq üçün Ər-Riyada gedəcək.