HƏMAS yeni liderinin kimliyini açıqlamayacaq

Dünya

21.10.2024 - 00:32

cedabet dərman SEO Xidməti

Səbəb kimi HƏMAS-ın üzləşdiyi təhlükəsizlik problemləri göstərilir

Fələstinin HƏMAS hərəkatı keçmiş liderlər İsmayıl Haniyə və Yahya Sinvarın öldürülməsindən sonra təşkilatın yeni Siyasi Büro rəhbərinin kimliyini gizli saxlamağa çalışacaq. AYNA xəbər verir ki, bu barədə ərəb qəzeti “Asharq Al-Awsat” öz mənbələrinə istinadən yazıb.

Səbəb kimi HƏMAS-ın üzləşdiyi təhlükəsizlik problemləri göstərilir. Mənbələrin fikrincə, belə bir qərar yeni təyin olunmuş rəhbəri İsrail təqiblərindən xilas edəcək, həm də “təşkilat daxilində ümumi nizamı və birliyi qorumağa” imkan verəcək.

HƏMAS-ın bu addımı ilə digər məqsədi də atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı danışıqların bərpası halında kimin qərar verəcəyi ilə bağlı İsraili çaşdırmaqdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş