HƏMAS-la İsrail arasında Qəzza barədə bütün fikir ayrılıqları həllini tapıb

Dünya

17.01.2025 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

“İsrailin atəşkəs razılaşmasına əməl etməməsi nəticəsində yaranan bütün maneələr aradan qaldırılıb”

Fələstinin radikal HƏMAS qruplaşması Qəzza zolağında atəşkəslə bağlı İsraillə bütün fikir ayrılıqlarını həll etdiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə yaraqlılar öz rəsmi “Telegram” kanallarında məlumat veriblər.

“Vasitəçilərin səyləri sayəsində bu gün səhər saatlarında İsrailin atəşkəs razılaşmasına əməl etməməsi nəticəsində yaranan bütün maneələr aradan qaldırılıb”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az