HƏMAS İsraillə atəşkəsi uzatmaq istəyir

Dünya

29.11.2023 - 10:55

cedabet dərman SEO Xidməti

Qazi Həməd: “Təcavüzü birdəfəlik dayandırmaq üçün atəşkəsi uzatmağa çalışırıq"

Fələstinin radikal HƏMAS hərəkatı Qəzzada İsraillə atəşkəsi uzatmaq istəyir. AYNA xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həmədin CNN-ə verdiyi məlumata görə, hərəkat bunun üçün danışıqlarda bütün mövcud imkanlardan istifadə edir.

"Biz əlimizdə olan vasitələrdən istifadə edərək təcavüzü birdəfəlik dayandırmaq üçün atəşkəsi uzatmağa çalışırıq", - deyə HƏMAS funksioneri vurğulayıb.

Həməd qeyd edib ki, HƏMAS Qətər və Misirlə əlaqə saxlayır. Hərəkatın Siyasi Bürosunun üzvü “hərtərəfli və ya qismən saziş” bağlamağa hazır olduqlarını bəyan edib: “Hərtərəfli razılaşma bütün fələstinli əsirlərin İsrail həbsxanalarından azad edilməsi müqabilində müharibə əsirlərinin azad edilməsinə aiddir. Yaxud bu, mülki şəxslərin də iştirak etdiyi qismən müqavilə ola bilər”.

Qeyd edək ki, noyabrın 24-də İsrail və HƏMAS arasında atəşkəs razılaşması qüvvəyə minib. Razılaşmanın şərtlərinə görə, atəşkəs maksimum 10 gün davam edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş