HƏMAS daha 20 israilli girovu azad edəcək

Dünya

28.11.2023 - 16:45

Həkimlər Klinikalar SEO Xidməti

“Azad ediləcək şəxslərin siyahısı münaqişə tərəflərinə təhvil verilib”

Fələstinin radikal HƏMAS hərəkatı 20 israilli girovu əlavə iki günlük atəşkəs şərtinə görə azad edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari deyib.

“Azad ediləcək şəxslərin siyahısı münaqişə tərəflərinə təhvil verilib”, - deyə Ənsari əsir götürülənlərin ümumi sayının məlum olmadığını qeyd edib.

Əl-Ənsari bildirib ki, son dörd gündə 69 nəfər, o cümlədən 50 israilli girov azad edilib. Mübadilə razılaşmaları çərçivəsində 150 ​​fələstinli İsrail həbsxanalarından azad edilib.

Diplomat həmçinin izah edib ki, danışıqlarda vasitəçilər girovların azad edilməsini üç mərhələyə bölüblər. Birincisi, qadınların və uşaqların azad edilməsi, ikincisi, mülki kişilərin, üçüncüsü, hərbçilərin azadlığa buraxılmasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş