Həlak olan pilotumuz torpağa tapşırıldı - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

21.08.2019 - 11:33

Vida mərasimində Rəşad Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər

 

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.

 

AYNA xəbər verir ki, mərasim öncə hərbi pilotun yaşadığı evin həyətində təşkil olunub. Burada R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Daha sonra, saat 10.00-da isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib. Vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi II Fəxri Xiyabanda dəfn olunub.

 

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb. 27 gün davam edən axtarışlardan sonra – avqustun 20-də təyyarənin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az