“Gələcəyə ön söz” yazıldı

Cəmiyyət

25.12.2019 - 18:27

Qulu Məhərrəmlinin publisistik məqalələrdən ibarət kitabı işıq üzü görüb

 

Professor Qulu Məhərrəmlinin publisistik məqalələrdən ibarət olan “Gələcəyə ön söz” adlı kitabı işıq üzü görüb. AYNA xəbər verir ki, kitab “Altun kitab” nəşriyyatı tərəfindən çap olunub.

 

Kitabda müəllifin 2013–2019-cu illərdə “Ayna” qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanıb. Ayrı-ayrı mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin müxtəlif problemləri qələmə alınıb.

 

Fərqli insan talelərindən, çağdaş dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-psixoloji və mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız zamanın dolğun mənzərəsini yaradır.

 

“Ayna kitabxanası” seriyasından kütləvi tirajla çap edilmiş kitabın redaktoru Elçin Şıxlı, texniki redaktoru Rəşad Nəbiyev, bədii tərtibçisi Fəridə Ziyadova, dizayneri Səbinə Vəzirovadır.

Müəllif: Ayna.az