Qubaya qar yağıb - <font color=red> FOTO</font>

Cəmiyyət

22.09.2019 - 12:28

Qubaya yağan qar mal-qaranın çöldə otlamasına mane olub

Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb.

AYNA-nın "Report"a istinadən verdiyi məlumata görə, Qubanın dağlıq kəndlərinə yağan qarın hündürlüyü 5-8 santimetr olub. 

Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.

Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb.

Müəllif: Ayna.az