Həftəsonu ölkə ərazisində qeydə alınan 116 cinayətin üstü açılıb

Xəbərlər

23.01.2023 - 11:24

cedabet dərman SEO Xidməti

Borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Yanvarın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumatda qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 63, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş